×
A
A
A
Sazlamalar

İyulun 22-23-də milli parklarda gözlənilən hava şəraiti

Bakı, 21 iyul, AZƏRTAC

İstirahət günlərində (iyulun 22-23-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Samur-Yalama Milli Parkında hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 30-34°isti olacaq.
Altıağac Milli Parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 22-də gündüz yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 29-34° isti olacaq.
Ağgöl Milli Parkında yağmursuz, sabit hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 31-36° isti olacaq.
Qızılağac Milli Parkında ölkənin cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22°, gündüz 31-35° isti olacaq.
Göygöl Milli Parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin iyulun 22-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19°, gündüz 22-26° isti olacaq.
Şirvan Milli Parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-24°, gündüz 35-38° isti olacaq.
Hirkan Milli Parkında ölkənin cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22°, gündüz 31-35° isti olacaq.
Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür.

 

 

 

 

Ekologiya 2023-07-21 17:03:00