×
A
A
A
Sazlamalar

Qanunsuz ov edənlərə qarşı tədbir görülüb

Bakı, 21 iyul, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxsin Yevlax rayonu, Xanabad kənd sakini Samir Rəsulov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.
B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı Yevlax rayonunun “İstisu” adlanan ərazisində isə qanunsuz ov edən Yevlax rayonu, Tanrıqulular kənd sakini Niyaməddin Məmmədov saxlanılıb, barəsində protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb.

 

Ekologiya 2023-07-21 16:19:00