×
A
A
A
Sazlamalar

Amerikalı seysmoloqlar Azərbaycanda səfərdədirlər

Bakı, 21 iyul, AZƏRTAC

Amerikanın Missuri Universitetinin professoru Erik Sandvol və universitetin əməkdaşı Dastin Rey Azərbaycanda səfərdədirlər. Səfərin məqsədi “Qafqaz kəsilişi” layihəsi çərçivəsində birgə həyata keçiriləcək tədqiqat işləri ilə bağlıdır.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, amerikalı seysmoloqlar səfər çərçivəsində “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin mühəndisi Feyzullayev Rəsul ilə birlikdə çöl işlərində olublar.
Həmçinin amerikalı seysmoloqlar AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzində “Zəlzələlərin tədqiqatı bürosu” və “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin əməkdaşları ilə aparılan tədqiqat işlərinə dair müzakirələr aparıblar. Amerikalı seysmoloqların səfəri iyulun 26-na qədər davam edəcək.

Ekologiya 2023-07-21 15:28:00