×
A
A
A
Sazlamalar

"Qaraqaşlı Broyler" ASC-nin rəhbəri müəssisənin tullantılarının qalaqlanaraq yandırılması ilə bağlı cərimələnib

Bakı, 21 iyul, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Neftçala rayonu, Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən "Qaraqaşlı Broyler" ASC-nin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması faktı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, faktla bağlı müəssisənin rəhbəri Heydər Əsgərov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimə olunub.

 

 

Ekologiya 2023-07-21 15:14:00