×
A
A
A
Sazlamalar

Masazırda tullantıların ətrafa atılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat təsdiqini tapıb

Bakı, 21 iyul, AZƏRTAC

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində tullantıların ətrafa atılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, tullantıların qalaqlandığı ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Abşeron rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsinin işçiləri tərəfindən təmizlənib.
“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Abadlıq və Kommunal Xidmətlər İdarəsinə məcburi göstəriş verilib”, - deyə xidmət rəsmisi bildirib.

 

 

Ekologiya 2023-07-21 10:07:00