×
A
A
A
Sazlamalar

AZAL Səudiyyə Ərəbistanının daha iki şəhərinə uçuşlara başlayır

Bakı, 20 iyul, AZƏRTAC

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanın iki şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-dən Bakı-Ər-Riyad-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri, Bakıdan Dammama isə reyslər bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
Qeyd edək ki, AZAL Səudiyyə Ərəbistanının digər iki şəhəri - Ciddə və Mədinəyə də uçuşlar yerinə yetirir.

Nəqliyyat 2023-07-20 12:06:00