×
A
A
A
Sazlamalar

Tullantıların düzgün idarə olunmamasına görə iaşə obyektlərinin sahibləri cərimələnib

Bakı, 20 iyul, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən “Flaminqo” ailəvi istirahət mərkəzindən və “Laçın” kafesindən ətrafa tullantıların atıldığı və çirkab suların axıdıldığı müəyyən edilib.
Xidmət rəsmisi Xaliq Mirzəyev AZƏRTAC-a bildirib ki, faktlarla bağlı “Flaminqo” istirahət mərkəzinin sahibi Elvir Qasımov və “Laçın” kafesinin sahibi Nicat Cəfərov barəsində akt və protokol tərtib olunub, qanunamüvafiq tədbir görülüb. Ərazilər tullantılardan təmizlənib.
“Gələcəkdə belə hallara yol verilməməsi üçün iaşə obyektlərinin sahiblərinə məcburi göstəriş verilib”, - deyə xidmət rəsmisi bildirib.

Ekologiya 2023-07-20 11:58:00