×
A
A
A
Sazlamalar

Gilgilçay çayının yatağından qum-çınqıl qarışığı daşıyan şirkət cərimələnib

Bakı, 19 iyul, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Xaliq Mirzəyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının Gilgilçay çayının yatağından “Polatyol Yapı Senaye ve Ticaret” Anonim Şirkəti tərəfindən daşındığı məlum olub.
“Faktla bağlı şirkətin iş icraçısı İsmayıl İsmayılov barəsində akt və protokol tərtib olunub. İ.İsmayılov vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib”,- deyə xidmət rəsmisi əlavə edib.

Ekologiya 2023-07-19 16:48:00