Qanunsuz kömür istehsal edən şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb
Bakı, 19 iyul, AZƏRTAC
Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lerik rayonu ərazisində, vətəndaşın həyətyanı sahəsində ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub.
Xidmət rəsmisi Xaliq Mirzəyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin Lerik rayonu, Hovil kənd sakini Qədir Quliyev olduğu müəyyən edilib. Qanunsuz kömür istehsal edən şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyusu isə ləğv olunub.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb