×
A
A
A
Sazlamalar

Sabah ölkə ərazisində hava yağmursuz olacaq

Paytaxta 34, regionlarda 35 dərəcəyədək isti olacaq

Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25°, gündüz 29-34° isti olacaq.
Abşeron çimərliklərində cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Züğulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi dağlıq rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti , dağlarda gecə 10-15°, gündüz 16-21° isti olacaq.

Ekologiya 2023-07-19 13:13:00