×
A
A
A
Sazlamalar

Xəzər dənizində baş verən zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur

Bakı, 18 iyul, AZƏRTAC

Xəzər dənizində baş verən zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.
“Bu gün Xəzər dənizində baş verən zəlzələlərin (Dağıstan ərazisi və Türkmənistanla sərhəddə) Azərbaycana heç bir təsiri yoxdur və olması da mümkün deyil. Odur ki, sosial şəbəkələrdə yayılan məlumatların heç bir əsası yoxdur. Əsassız məlumatlara inanmayın və rəsmi məlumatları izləyin”, - deyə V.Rafiqqızı bildirib.
Xatırladaq ki, bu gün saat 10:31-də Xəzər dənizində - Türkmənistan ilə sərhəddə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə yerləşib, maqnitudası 3,5-ə bərabər olub. Saat 13:19-da isə Xəzərin Dağıstan ərazisində maqnitudası 3,3-ə bərabər olan daha bir zəlzələ qeydə alınıb.

Ekologiya 2023-07-18 19:04:00