×
A
A
A
Sazlamalar

ASC-nin rəhbəri ərazinin təmizliyinə nəzarət olunması ilə bağlı ciddi xəbərdarlıq edilib

Bakı, 18 iyul, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində yerləşən “Gəncə Ekspress” ASC-nin həyətində tullantıların qalaqlanaraq yandırılıması faktı müəyyən edilib.
Xidmət rəsmisi Xaliq Mirzəyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı tullantıların “Gəncə Ekspress” ASC-nin həyətində yerləşən rəngsaz sexində işləyən Tural İsmayılov tərəfindən yandırıldığı məlum olub.
Faktla bağlı akt, protokol tərtib edilib və T.İsmayılov barəsində qanunamüvafiq tədbir görülüb.
Xidmət rəsmisinin sözlərinə görə, əraziyə cavabdeh “Gəncə Ekspress” ASC-nin İdarə heyətinin sədri Eltac Əliyevə ərazinin təmizliyinə nəzarət olunması ilə bağlı ciddi xəbərdarlıq edilib, rəngsaz sexinin rəhbərliyinə isə belə halların təkrarlanmaması üçün məcburi göstəriş verilib.

Ekologiya 2023-07-18 17:53:00