×
A
A
A
Sazlamalar

Macarıstanda təhsil alan tələbələr STEAM İnnovasiya Mərkəzini ziyarət ediblər

Bakı, 18 iyul, AZƏRTAC

Hökumətlərarası təqaüd proqramları (HTP) çərçivəsində Macarıstanda təhsil alan tələbələr və məzunlar STEAM İnnovasiya Mərkəzini ziyarət ediblər.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqram iştirakçıları mərkəzin fəaliyyəti ilə tanış olduqdan sonra konfrans zalında hazırlanmış xüsusi tamaşanı izləyib, həmçinin oyun, robotların hazırlanması və digər zonalara baxış keçiriblər.
Azərbaycan – Macarıstan Məzunları Birliyinin İdarə Heyətinin üzvləri və tələbələr gələcək fəaliyyət, planlaşdırılan layihələr, məzunların aktivliyinin artırılması və digər mövzularda müzakirələr aparıblar.

Texnologiya 2023-07-18 17:01:00