×
A
A
A
Sazlamalar

Xəzər dənizində daha bir zəlzələ olub

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də saat 13:19-da Xəzər dənizində (Dağıstan ərazisində) zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib, maqnitudası 3,3-ə bərabər olub.
Xatırladaq ki, bu gün saat 10:31-də Xəzər dənizində - Türkmənistan ilə sərhəddə də zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə yerləşib, maqnitudası 3,5-ə bərabər olub.

Ekologiya 2023-07-18 16:50:00