Fərdi məlumatların qorunması üçün federativ təlim texnologiyaları araşdırılır
Bakı, 18 iyul, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda sosial təyinatlı kiberfiziki sistemlərdə toplanmış fərdi məlumatların qorunması üçün federativ təlim texnologiyaları araşdırılır.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, rəqəmsal transformasiyaların sürətləndiyi bir dövrdə fərdlər tərəfindən sosial təyinatlı kiberfiziki sistemlərdə edilən hər hansı bir funksional və ya prosedur tranzaksiyalar məlumat bazalarında, serverlərdə fərdi məlumatların izlərini qoyur. Həmçinin kiberfiziki mühitdə smart qurğular, bulud servisləri, naviqasiya sistemləri və sair vasitələrin istifadəsi zamanı fərdi məlumatlar toplanır. Bu məlumatlar müəyyən hallarda istifadəçilərin rahatlığının təmin edilməsi və ya sistemlərin işləməsi üçün zəruri sayıla bilər. Lakin bəzən fərdi məlumatların sızması, informasiyanın bütövlüyü prinsipinin pozulması halları da baş verir. Bu səbəbdən fərdi məlumatların icazəsiz istifadəsi insanlarda maddi, mənəvi, psixoloji və sağlamlıqla bağlı problemlərə gətirib çıxara bilir. Bu kimi hadisələrin qarşısının alınması üçün sosial təyinatlı kiberfiziki sistemlərdə toplanan fərdi məlumatların qorunması məsələsi daha da aktuallaşır.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib