×
A
A
A
Sazlamalar

Sabah paytaxta 32 dərəcə isti olacaq

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycanda iyulun 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 27-32° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 17-21°, gündüz 28-33° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacaq.

Ekologiya 2023-07-18 13:02:00