×
A
A
A
Sazlamalar

İyulun 18-i gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi gözlənilir

İyulun 17-sı Bakıda hava iqlim normasından 2.5 dərəcə aşağı olub

Bakı, 18 iyul, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin iyulun 18-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Astarada 54 millimetr, Biləsuvarda 39, Balakəndə 36, Lənkəranda 34, Yardımlıda 28, Neftçalada 24, Lerikdə 22, Sabirabadda 18, Qax 17, Göytəpə, Şəkidə 15, Şahdağ, Oğuzda 9, Qrız, Beyləqan, Qəbələ, İmişli, İsmayıllı, Qobustan, Şamaxı, Xaltan, Şahbuz, Ordubad, Naftalan, Altıağac, Quba, Tərtər, Göyçay, Zərdabda 6, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.
Şamaxı, Qrız, Lerik, Şahdağda duman müşahidə olunub.
İyulun 17-də cənub-şərq küləyi arabir Gəncədə 20 metr/saniyə, Naftalan, Zaqatalada 18 metr/saniyəyədək güclənib.
Havanın maksimal temperaturu: İyulun 17-sı Bakıda hava iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, aran rayonlarında 30 dərəcəyədək isti, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub.
İyulun 18-i gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, 19-20-də gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Ekologiya 2023-07-18 10:19:00