×
A
A
A
Sazlamalar

Meşə fondu ərazilərində payız əkin mövsümü hazırlıqlarına başlanılıb

Bakı, 17 iyul, AZƏRTAC

Payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı mərkəzlərinin xidməti ərazilərində hazırlıq işlərinə başlanılıb.
Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov AZƏRTAC-a bildirib ki, Regional Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində aqrotexniki qaydalara uyğun olaraq xidmət, suvarma və dərmanlama işləri aparılır, əkin materiallarına üzvi və mineral gübrələr verilir, payız mövsümündə meşəbərpa tədbirlərinin keçiriləcəyi ərazilərdə torpaq hazırlığı işləri görülür.
Tinglik sahələrində payız mövsümünədək 5 milyon fıstıq, vələs, cökə, ağcaqayın, dəmirağacı, qarağac, çinar, göyrüş, qoz, şabalıd, şam, sərv və digər ağac tinginin yetişdirilməsi nəzərdə tutulub.
C.Qəribov onu da qeyd edib ki, Regional Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində yetişdirilən tinglərdən 1,5 milyonu payız mövsümündə meşəbərpa tədbirlərində istifadə olunacaq.

Ekologiya 2023-07-17 16:25:00