×
A
A
A
Sazlamalar

Bakı və Abşeron yarımadasına aylıq normanın 200 faizi qədər yağış yağıb

Ölkə ərazisində qeyri-sabit yağıntılı hava şəraiti iyulun 18-i gündüzədək davam edəcək

Bakı, 17 iyul, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Gecə saatlarında Şahdağın 2800 metr yüksək ərazilərinə qar yağıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Oğuzda 34 millimetr (aylıq normanın 51 faizi), Lənkəranda 31 millimetr (aylıq normanın 223 faizi), Xaltanda 30 millimetr (aylıq normanın 53 faizi), Qrızda 26 millimetr (aylıq normanın 46 faizi), Astarada 24 millimetr (aylıq normanın 72 faizi), Qusarda 21 millimetr (aylıq normanın 70 faizi), Qəbələdə 20 millimetr (aylıq normanın 27 faizi), Qaxda 17 millimetr, Altıağacda 18 millimetr, Beyləqanda 15 millimetr (aylıq normanın 154 faizi), Qobustanda 15 millimetr (aylıq normanın 92 faizi), Şahdağda 19 millimetr (aylıq normanın 64 faizi), Lerik, İmişlidə 9 millimetr, Ağdam, Göyçay, Sabirabad, Şabran, Yardımlı, Zərdab, Xaçmaz, Şamaxı, Quba, İsmayıllı, Şəki, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Zaqatala, Tərtər, Yevlax, Kürdəmir, Biləsuvarda 8 millimetrədək, Bakıda və Abşeron yarımadasında 5 millimetrədək (aylıq normanın 200 faizi) olub.
Şimal-qərb küləyi arabir Gəncə, Neftçalada 20 metr/saniyə, Ceyrançöldə 17 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 18 metr/saniyəyədək güclənib.
Neft daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraiti iyulun 18-i gündüzədək davam edəcək. Havanın temperaturu tədricən yüksələcək.

Ekologiya 2023-07-17 11:50:00