×
A
A
A
Sazlamalar

Cəlilabadda zəlzələ qeydə alınıb

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də saat 10:27-də Cəlilabad seysmoloji stansiyasından 9 kilometr qərbdə, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəlzələnin ocağı 318 kilometr dərinlikdə yerləşib, maqnitudası 3,0-ə bərabər olub.
Zəlzələ hiss olunmayıb.

Ekologiya 2023-07-17 11:11:00