×
A
A
A
Sazlamalar

Bəzi yerlərdə şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb

Bakı, 16 iyul, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.
Xidmətdən AZƏRTAC-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Ordubad, Xaltan, Tərtər, Beyləqanda 3 millimetrədək olub.
Qrız, Şahdağda duman müşahidə olunub.
Şimal-qərb küləyi əsib, Naftalanda arabir saniyədə 18, Bakıda və Abşeron yarımadasında arabir 19 metrədək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatıb.
Havanın maksimal temperaturu iyulun 15-i Bakıda iqlim normasından 2.5 dərəcə yuxarı olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan Muxtar Respublikasında 37, aran rayonlarında 38, dağlıq rayonlarda 28 dərəcəyədək isti təşkil edib.

Ekologiya 2023-07-16 10:40:00