×
A
A
A
Sazlamalar

Qazıntı işləri aparılaraq qanunsuz gəc mineral xammalı götürüldüyü aşkarlanıb

Bakı, 15 iyul, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Gəncə şəhəri, "Şıxdüzü" adlanan ərazidə "Abadlıq" Tikinti Materialları İstehsalı Firması tərəfindən qazıntı işləri aparılaraq qanunsuz gəc mineral xammalı götürüldüyü aşkar edilib.
Xidmət rəsmisi Xaliq Mirzəyev AZƏRTAC-a bildirib ki, faktla bağlı akt tərtib olunub. Firmanın hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Ekologiya 2023-07-15 15:48:00