“Terraform” ilə bağlı araşdırmalar aparılır
Bakı, 15 iyul, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda “Terraform” ilə bağlı araşdırmalar aparılır.
Bu barədə AZƏRTAC-a “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin əməkdaşı Tural Mustafayev məlumat verib. O bildirib ki, “Terraform” açıq qaynaqlı infrastruktur idarəetmə vasitəsi olub infrastruktur resurslarını kodlaşdırmaq üçün HCL (HashiCorp Configuration Language) dilindən istifadə edir. Bunun vasitəsilə infrastruktur resurslarının idarə edilməsi avtomatlaşdırılır. Alətin əsas məqsədi istifadəçilər üçün infrastrukturun təyin edilməsindəki çətinlikləri azaltmaq və bir neçə platformanı üsullu şəkildə sinxronlaşdırmaqdan ibarətdir. Bu alət, həmçinin müxtəlif bulud infrastruktur platformalarında və fiziki infrastrukturda tətbiqlərin idarəedilməsinə kömək edir.
T.Mustafayev alətin təhlükəsizlik məsələləri ilə bağlı əsas xüsusiyyətlərdən bəhs edib. Qeyd edib ki, “Terraform” öz resurslarının məxfiliyini, bütövlüyünü və əlçatanlığını təmin edən təhlükəsizlik xüsusiyyətlərinə malikdir. Təhlükəsizliyin əsas xüsusiyyətlərinə autentifikasiya və avtorizasiya, şifrələmə, rol əsaslı giriş nəzarəti, audit loqları, resursların etiketlənməsi, təhlükəsiz rabitə və uyğunluq aiddir.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib