Göyçayda tut ağacını kəsənə qarşı qanunamüvafiq tədbir görülüb
Bakı, 14 iyul, AZƏRTAC
Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, 31a ünvanında tut ağacının kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı tut ağacının sözügedən ünvanda yaşayan vətəndaş İlhamə Babayeva tərəfindən kəsildiyi müəyyən olunub: “Faktla bağlı akt və protokol tərtib edilib, İ.Babayeva barəsində qanunamüvafiq tədbir görülüb”.
B.Məhəmmədovun sözlərinə görə, kəsilmiş ağacın yerinə payız mövsümündə yeni ağacın əkilməsi üçün Göyçay bələdiyyəsinə göstəriş verilib.
COP29 iştirakçısı: Dubayda keçirilən COP28 ilə Bakıdakı COP29 tamamilə fərqlidir
Braziliyalı nazir: Gələn il Braziliyada keçiriləcək COP üçün burada müşahidələr aparırıq
Türkiyəli deputat: COP29-da aparılacaq müzakirələr dünyanın gələcəyi üçün çox vacibdir