×
A
A
A
Sazlamalar

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

Bakı, 14 iyul, AZƏRTAC

İstirahət günlərində (iyulun 15-16-da) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Samur -Yalama Milli Parkında iyulun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin iyulun 16-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, iyulun 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu iyulun 15-də gecə 15-18°, gündüz 30-34°, iyulun 16-da 22-26° isti olacaq.
Altıağac Milli Parkında havanın sabit, yağmursuz keçəcəyi, lakin iyulun 16-da arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, iyulun 16-da arabir güclənən qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun iyulun 15-də gecə 15-18°, gündüz 29-34°, iyulun 16-da 24-28° isti olacağı proqnozlaşdırılır.
Ağgöl Milli Parkında yağmursuz, sabit hava şəraiti olsa da, iyulun 16-da fasilələrlə yağış yağacağı gözlənilir.
Mülayim şərq küləyi əsəcək, iyulun 16-da arabir güclənən qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun iyulun 15-də gecə 16-19°, gündüz 31-36°, iyulun 16-da 25-29° isti olacağı bildirilir.
Qızılağac Milli Parkına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləsə də, iyulun 16-da arabir yağış yağacaq. Mülayim şərq küləyi əsəcək, iyulun 16-da arabir güclənən qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun iyulun 15-də gecə 19-22°, gündüz 31-35°, iyulun 16-da 27-30° isti olacağı ehtimal edilir.
Göygöl Milli Parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin iyulun 16-da fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, iyulun 16-da arabir güclənən qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun iyulun 15-də gecə 17-19°, gündüz 22-26°, iyulun 16-da 18-20° isti olacağı ehtimalı var.
Şirvan Milli Parkında havanın sabit, yağmursuz keçəcəyi, iyulun 16-da isə arabir yağış yağacaq. Mülayim şərq küləyi əsəcək, iyulun 16-da arabir güclənən qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu iyulun 15-də gecə 22-24°, gündüz 35-38°, iyulun 16-da 25-30° isti olacaq.
Hirkan Milli Parkında sabit, yağmursuz hava şəraiti gözlənilsə də, iyulun 16-da arabir yağış yağacaq. Mülayim şərq küləyi, iyulun 16-da arabir güclənən qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə iyulun 15-də 19-22°, gündüz 32-35° isti, iyulun 16-da 27-30° isti olacağı gözlənilir.

 

Ekologiya 2023-07-14 17:47:00