×
A
A
A
Sazlamalar

Paytaxtın Nəsimi rayonunda iki şam ağacının kəsilməsi faktı aşkarlanıb

Bakı, 13 iyul, AZƏRTAC
Paytaxtın Nəsimi rayonu, Moskva prospektində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı həmin ərazidə tikinti işləri aparan "Ay İnşaat" MMC tərəfindən iki şam ağacının kəsildiyi müəyyən olunub.
Bildirilib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Ekologiya 2023-07-13 19:48:00