×
A
A
A
Sazlamalar

Türkiyənin “Robotex” şirkətinin təsisçiləri AzTU-da olub

Bakı, 13 iyul, AZƏRTAC

Türkiyənin “Robotex” şirkətinin təsisçiləri Zülal İnan, Orxan Çevik və şirkətin nümayədələri Azərbaycan Texniki Universitetdə (AzTU) olub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar rektor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.
Rektor AzTU-da həyata keçirilən layihələr haqqında qonaqlara məlumat verib. Bildirib ki, “Robotex”lə birgə təlimlərin keçirilməsi, mentorların hazırlanması və sahibkarlıq sahəsində seminarların təşkili universitet-sənaye işbirliyinin inkişafına töhfə verə bilər.
“Robotex” təsisçiləri şirkətin dünyanın ən böyük robototexnika yarışmasının təşkilatçısı olduğunu bildirib. Şirkət robotlar və müvafiq sahələrdə dünyada tanınan bir sıra müəssisə və təşkilatlarla birgə yarışların keçirilməsi üçün əməkdaşlıq edir. Qeyd olunub ki, robotlar sahəsində gənclər üçün müxtəlif sərgilər və seminarların təşkilatçısı olan “Robotex” AzTU ilə əməkdaşlıq etməkdə maraqlıdır.
Görüş zamanı perspektiv əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Texnologiya 2023-07-13 18:06:00