×
A
A
A
Sazlamalar

Kiberinsidentlərin intellektual analizi aparılır

Bakı, 13 iyul, AZƏRTAC

Müasir dövrdə informasiya texnologiyaları həyatımızın bütün sahələrinə nüfuz edib, xüsusilə son dövrlərdə yeni reallıqlar kontekstində ənənəvi həllərin rəqəmsal versiyalarının tətbiq olunması zərurəti yaranıb. Bunlara IoT texnologiyalarını və IV Sənaye İnqilabının gətirdiyi texnoloji yenilikləri də misal göstərmək olar. Hazırda süni intellektin tətbiqi nəticəsində bədniyyətli əməllərin rəqəmsal mühitdə daha geniş yayılmasının və populyarlaşmasının şahidi oluruq. Bu baxımdan kiberinsidentlərin aşkarlanması, qiymətləndirilməsi, intellektual analizi üçün metod və alqoritmlərin işlənilməsi aktual məsələlərdəndir.
Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev məlumat verib.
O bildirib ki, hazırda şəbəkə mühitində təhlükə yaradan təhdidlərin analizi aparılır, onların identifikasiyasına, təhdidlərin səbəblərinin aşkarlanmasına, qiymətləndirilməsinə, qərarların qəbul edilməsinə imkan verən metod və alqoritmlər işlənilir.

Texnologiya 2023-07-13 15:59:00