×
A
A
A
Sazlamalar

Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb

Bakı, 13 iyul, AZƏRTAC

“Red Bull” komandasının pilotu Maks Ferstappen ESPY tərəfindən “İlin ən yaxşı yürüşçüsü” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya Qran-Prisinin qalibi olan Ferstappen Formula 1 pilotlarının ümumi hesabında öz üstünlüyünü 99 bala qədər artırıb. İndi onun aktivində 255 bal var. İkinci yeri tutan “Red Bull” komandasının digər pilotu Serxio Peresin 156 balı var.
Ötən mövsümdə hollandiyalı pilot Formula 1-in qalibi olub. Həmin mövsümdə o, 454 bal toplayıb və özünün ən yaxın rəqibi olan Şarl Leklerdən (“Ferrari”) 146 bal aralanıb. 2022-ci il mövsümündə ən güclü üçlüyü Maksın komanda üzrə yoldaşı Serxio Peres qapadıb.
“ESPY Award” Amerikanın ESPN telekanalı tərəfindən aparıcı idmançı və komandalar üçün, həmçinin başa çatan təqvim ilində yarışlarda ən yaxşı məqamlara görə təsis edilmiş mükafatdır.

Formula-1 2023-07-13 14:14:00