×
A
A
A
Sazlamalar

Hacıqabulda zəlzələ qeydə alınıb

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 13-də saat 09:51-də Şirvan seysmoloji stansiyasından 16 kilometr şimalda, Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəlzələnin ocağı 34 kilometr dərinlikdə yerləşib, maqnitudası 3,5-ə bərabər olub.
Zəlzələ hiss olunmayıb.

Ekologiya 2023-07-13 10:36:00