×
A
A
A
Sazlamalar

Nazir: Söyüdlü kəndinin yaxınlığında yerləşən gölün bəndlərinin dayanıqlığı ciddi yoxlanılacaq

Bakı, 12 iyul, AZƏRTAC

Gədəbəyin Söyüdlü kəndinin yaxınlığında yerləşən göl 2011-ci ildə istifadəyə verilib. Orada olan bəndlərin dayanıqlığı ilə bağlı ciddi yoxlamaların aparılması zəruridir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bununla bağlı tədqiqatların aparılması nəzərdə tutulur.
Mövcud tullantı anbarının istismar imkanlarının 3 aydan çox olmadığı, ikinci anbarın tikilməsinə razılıq olmamasını nəzərə alaraq müəssisənin işinin cari təmir və ətraf mühitinin sağlamlaşdırılması tədbirlərinin aparılması üçün dayandırılması təklif olunur. Beynəlxalq şirkətlərin monitorinqə dəvət olunması üçün danışıqlar aparılması nəzərdə tutulur.
Nöqsanların aradan qaldırılması üçün ciddi tələblər qoyulub. İstismarçı şirkət tərəfindən lazımi layihələr həyata keçirilməsə, biz daha sərt tədbirlərin görülməsinə başlayacağıq.
Sabah Dövlət Komissiyasının iclası olacaq və orada təkliflər bir daha səsləndiriləcək. Bundan sonra orada səsləndirilən fikirlərlə bağlı məlumatı ictimaiyyətə açıqlayacağıq.

Ekologiya 2023-07-12 16:35:00