×
A
A
A
Sazlamalar

Gədəbəyin Söyüdlü kəndində təhlükəli maddələrin havanın tərkibində norma daxilində olduğu aşkarlanıb

Bakı, 12 iyul, AZƏRTAC

Gədəbəyin Söyüdlü kəndində iyunun 22-dən etibarən müvafiq yerli qurumların əməkdaşlarının iştirakı ilə monitorinqlər aparılıb. İlk gündən hava keyfiyyətinin yoxlanılması ilə bağlı aparılan nəticələri sakinlərə çatdırmağa çalışdıq.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, təhlükəli maddələrin havanın tərkibində norma daxilində olduğu aşkarlanıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən geniş formatda heyvan sağlamlığı, arıçılıq, bitkiçilik, torpaq münbitliyi istiqamətində geniş monitorinq işləri aparılıb. Bütün xəstəliklər üzrə statistik göstəricilər ölçülüb.
Ölüm səviyyəsində Gədəbəyin Söyüdlü kəndi və ölkə üzrə statistik göstəricilər arasında ciddi fərqlər yoxdur.
Örüş, otlaq sahələrinin vəziyyəti KTN tərəfindən qiymətləndirilib. Ekoloji vəziyyətin sabit olduğu aşkarlanıb. Monitorinq zamanı götürülən torpaq nümunəsi ətrafında hazırda təhlillər aparılır. ETN tərəfindən aparılan monitorinq işlərində bəzi analizlər hələ ki, tam bitməyib. Gədəbəydə 86 nöqtədə radiasiya fonu ölçülüb, göstəricilər norma daxilindədir.
Ərazidən keçən Gədəbəy və Mis çayda sionid kimi toksik maddələr aşkarlanmayıb.
Dövlət orqanları ilə razılaşdırılmadan çay ətrafında tullantı gölü yaradılıb.
Əfsuslar olsun ki, Söyüdlü kəndində sosial ictimai layihələr həyata keçirilməyib və bu kənd sakinlərinin narazılığına səbəb olub.
FHN də Su anbarı ilə layihə sənədlərinin ekspertizadan keçirilmədiyini aşkarlayıb. Müvafiq təsdiqedici sənədlər FHN-ə təqdim edilməyib.

Ekologiya 2023-07-12 16:25:00