×
A
A
A
Sazlamalar

Gecə saatlarında Bakı-Quba-Rusiya avtomobil yolunda xətlənmə işləri aparılacaq

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-si gecə saat 23:00-dan səhər saat 05:00-dək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-16-cı kilometrlik hissəsində (“Şamaxinka”-“VAZ dairəsi”) hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçiriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nişanlanma xətlərinin yenidən rənglənməsi bir neçə gün davam edəcək və işlər yalnız gecə saatlarında aparılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.
Qeyd olunub ki, bundan əvvəl həmin magistral yolun 16-30.5-ci kilometrlik hissəsində də hər iki istiqamətdə analoji işlər aparılıb.

 

 

Nəqliyyat 2023-07-12 14:25:00