Kosmik tətbiqlər üçün yeni HardGamm detektor modulu hazırlanacaq
Bakı, 11 iyul, AZƏRTAC
Neytron mənbəyi ilə birlikdə Ayın səthindəki süxurların hidrogen tərkibini (su və su buzu) araşdırmaq üçün istifadə ediləcək yeni HardGamm detektor modulları hazırlanacaq.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutundan məlumat verilib. Bildirilib ki, Radiasiya Problemləri İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti, həmçinin Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu və Qərbi Bohemiya Universiteti arasındakı əməkdaşlıq əsasında hazırlanacaq yeni HardGamm və HardPix detektorları məqsədəmüvafiq olaraq kosmik tətbiqlər üçün istifadə ediləcək.
Mikropikselli selvari fotodiod hissəsi (MAPD-3NM) Azərbaycan komandası tərəfindən və elektronia modulu isə Çexiya komandası tərəfindən hazırlanacaq HardGamm faydalı yük konsepsiyasına LaBr3(Ce), BGO və NaI(Tl) kimi ssintilyatorları ilə yığılmış silisium fotoelektron gücləndirici tipli detektorların yeni MAPD-3NM sensor matrisi daxildir.
Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunda HardGamm detektor modulunun ilk versiyası artıq sınaqdan keçirilib. Yeni detektor modulunun sınaqlarını institutun qrup rəhbəri fizika üzrə elmlər doktoru Fərid Əhmədov, Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamentinin komanda rəhbəri fizika üzrə fəlsəfə doktoru Azər Sadıqov, Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun qrup rəhbəri Michael Holik və Qərbi Çexiya Universitetinin komanda rəhbəri Ondrej Urban həyata keçirib.
Sözügedən detektor modulu 0,06 keV-dan yuxarı 10 MeV-a qədər qamma şüalarını aşkar edə biləcək. Bu sınağın nəticəsi isə 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresində təqdim olunacaq.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib