×
A
A
A
Sazlamalar

AZAL Bakı-Naxçıvan-Bakı reysinin sərnişinlərinə müraciət edib

Bakı, 7 iyul, AZƏRTAC
Aviadaşımalara artan tələbatı nəzərə alaraq, AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri uçuşdan daha əvvəl əldə etməyi tövsiyə edir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, aviabiletləri əvvəlcədən əldə etmək onlara mümkün narahatlıqların qarşısını almağa kömək edəcək.
Aviaşirkət “Azərbaycan Hava Yolları”nın rəsmi saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən təlimat hazırlayıb. Videotəlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=9PiPTkNkBSU.
Sual yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 vatsap nömrəsi vasitəsilə Çağrı mərkəzinə müraciət edə bilərlər.
Qeyd edilib ki, mülki aviasiyanın işi müəyyən plana uyğun təşkil olunur. Bu plana bir çox aspektlər, eləcə də uçuş cədvəli, təyyarələrin uçuşdan əvvəl hazırlanması, yekun yoxlamalar və digər məsələlər daxildir.

Nəqliyyat 2023-07-07 18:12:00