×
A
A
A
Sazlamalar

Sinoptiklərdən xəbərdarlıq: İyulun 10-dan ölkə ərazisində hava şəraiti dəyişəcək

Bakı, 7 iyul, AZƏRTAC
İyulun 10-u səhərdən 11-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, iyulun 10-da bəzi yerlərdə arabir 23-25 metrədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 8-də günün ikinci yarısından 10-u axşamadək bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Əsasən Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Balakən-Şəki bölgələrinin bəzi yerlərində yağıntıların leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
İyulun 11-dək bəzi yerlərdə şərq küləyinin sürətinin arabir saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 23-25 metrədək güclənəcəyi ehtimal edilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

Ekologiya 2023-07-07 18:05:00