×
A
A
A
Sazlamalar

Xəbərdarlıq: Yaxın iki gün ərzində Bakıda 40, bəzi rayonlarda 41 dərəcə isti olacaq

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 8-9-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33°-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, iyulun 8-9-da havanın maksimal temperaturunun Naxçıvan Muxtar Respublikasında və aran rayonlarında 35°-38° isti, bəzi yerlərdə 41°-dək, dağlıq rayonlarda isə 23-28°-dək isti olacağı proqnozlaşdırılır.

Ekologiya 2023-07-07 16:50:00