×
A
A
A
Sazlamalar

Meşələrin mühafizəsində səhlənkarlığa yol verilən 87 şəxs vəzifəsindən azad edilib

Bakı, 7 iyul, AZƏRTAC

Meşələrin mühafizəsi sahəsində səhlənkarlığa yol verilən şəxslərə qarşı mütəmadi tədbirlər görülür. Belə ki, son 3 ildə 87 şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə vəzifəsindən çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 7-də keçirilən mətbuat konfransında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
"Yeddi nəfər isə birbaşa onlara dövlət nəzarəti edən şəxs tərəfindən vəzifəsindən azad edilib", - deyə xidmət rəisi qeyd edib.

 

 

Ekologiya 2023-07-07 13:55:00