×
A
A
A
Sazlamalar

İdarə Heyətinin sədri: Yerin təkindən qanunsuz istifadə hallarının sayı azalıb

Bakı, 7 iyul, AZƏRTAC
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Baş Prokurorluq ilə aparılmış birgə fəaliyyət tədbirləri, icazə şərtlərini pozmuş yer təki istifadəçilərinə verilmiş qanunamüvafiq məcburi göstərişlər, cərimələrin tətbiq olunması, maarifləndirmə və təbliğat işləri nəticəsində yerin təkindən qanunsuz istifadə hallarının sayında azalma müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 7-də keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Samir İdayətov bildirib.
Sədr qeyd edib ki, 2022-ci ildə 139 qanunsuz fəaliyyət aşkar olunduğu halda, 2023-cü ilin 6 ayı ərzində bu rəqəm 36 olub.
“Yaranmış qanun pozuntuları və müvafiq sahədə inzibati xəta əlamətləri ilə əlaqədar faktlar aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumatların verilməsini təmin etmək, hüquq-mühafizə və yerli özünüidarəetmə orqanları ilə birgə fəaliyyətin göstərilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi Agentlik tərəfindən davam etdiriləcək”, - deyə Samir İdayətov vurğulayıb.

Ekologiya 2023-07-07 13:01:00