×
A
A
A
Sazlamalar

Azərbaycanda baş verən yanğınların 99 faizi qəsdən və yaxud ehtiyatsızlıq səbəbindəndir

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycanda baş verən yanğınların 99 faizi qəsdən və yaxud ehtiyatsızlıq səbəbindən baş verir.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 7-də keçirilən mətbuat konfransında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
“Əksər hallarda yanğınların səbəbi biçənək sahələrinin yandırılmasıdır. Sakinlər belə fikirləşirlər ki, biçənəklər yandırılarsa münbit məhsul əldə edəcəklər. Bu tamamilə yanlış yanaşmadır. Bununla bağlı bəzi tədbirlərin görülməsi nəzərdə tutulur”, - deyə xidmət rəisi qeyd edib.

Ekologiya 2023-07-07 11:52:00