×
A
A
A
Sazlamalar

Naxçıvanda ilk dəfə yerin təki sahəsinin istifadəyə verilməsi üzrə hərrac təşkil edilib

Bakı, 7 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən iyulun 7-də yerin təkinin istifadəyə verilməsi üzrə Naxçıvan şəhərində ilk dəfə hərrac keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən AZƏRTAC-a bildirilib ki, hərracda 1 lot üzrə Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonları ərazisində yerləşən “Qoşaquldağ” (Pircuvardüzü) qum yatağı satışa çıxarıldı. Başlanğıc qiyməti 15 min 180 manatdan başlayan yatağın istismar müddəti 15 ilədəkdir.

 

 

Ekologiya 2023-07-07 10:52:00