×
A
A
A
Sazlamalar

Böyük həcmli məlumatların analizi üçün tədqiqatlar aparılır

Bakı, 6 iyul, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda böyük həcmli məlumatların analizi üçün iterativ klasterləşdirmə metodları ilə bağlı tədqiqatlar aparılır.
Bu barədə AZƏRTAC-a institutun doktorantı Şəlalə Tahirzadə məlumat verib. O, tədqiqat işində böyük həcmli məlumatların analizi üçün k-means alqoritminin modifikasiya olunmuş versiyaları – iterativ k-means (IK-means) və iterativ çəkili k-means alqoritmlərinin (IWK-means) təklif edildiyini, iterativ klasterləşdirmə üçün təklif edilən alqoritmlərin addımlarından bəhs olunduğunu və müqayisəli analiz edildiyini, həmçinin IK-means və IWK-means alqoritmlərinin R proqramlaşdırma dilində yazılmış kodlarının təqdim olunduğunu diqqətə çatdırıb.
Ş.Tahirzadə bildirib ki, eksperimentlər hər iki alqoritm üçün 10 müxtəlif ölçüdə seçilmiş dataset üzərində həyata keçirilib. Daha detallı qiymətləndirilmə üçün alqoritmlər müxtəlif paket və klaster sayına uyğun olaraq təkrar yerinə yetirilib və 10 dəfə icra edilməklə ortalama qiymətlər qeyd olunub. Müqayisəli təhlil üçün eyni datasetlər k-means vasitəsilə də klasterləşdirilib. Yekun nəticələrin qiymətləndirilməsi üçün funksiyanın qiyməti, zaman, “Purity”, “Davies-Bouldin” indeksi kimi müxtəlif metrikalardan istifadə edilib.

Texnologiya 2023-07-06 14:24:00