×
A
A
A
Sazlamalar

Siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələrə görə cərimələr müəyyənləşir

Bakı, 6 iyul, AZƏRTAC

Milli Məclisin iyulun 6-da keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, Məcəlləyə edilən dəyişikliyə əsasən, siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələr, partiyanın qeydiyyatsız fəaliyyəti, əcnəbilərin siyasi partiyaya üzv qəbul edilməsi, partiya üzvlərinin reyestrindəki dəyişiklikləri barədə məlumat verilməməsinə görə cərimələr müəyyənləşir. Eyni zamanda, Azərbaycandan kənarda hesab açan partiyaların cərimələnməsi, xarici ölkələrin partiyaları ilə bağladığı saziş barədə məlumat verməyən partiyaların 2 min manatadək cərimələnməsi nəzərdə tutulur, partiyaların dövlət orqanlarının fəaliyyətinə müdaxiləsinə görə cərimələr artırılır.
Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Daxili siyasət 2023-07-06 13:21:00