İqtisadi Şuranın növbəti iclası olub
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində cari ilin ötən dövründə iqtisadi vəziyyət, qlobal və regional iqtisadi proqnozlar, Azərbaycanda 2023-cü il və ortamüddətli dövr üçün sosial-iqtisadi artım proqnozları, o cümlədən neft-qaz sektorunun proqnozları, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi, investisiya təşviqi və iqtisadi sahədə şəffaflığın təmin edilməsi ilə bağlı dəyişikliklərin layihəsi, Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin indikatorları üzrə görülmüş işlər, icra olunmalı tədbirlər və digər cari məsələlər müzakirə olunub.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Katibliyinin hesabatı dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələrə görə cərimələr müəyyənləşir
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməsə, nəticə erməni cəmiyyəti üçün ağır olacaq
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
İqtisadi Şuranın növbəti iclası olub
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar