×
A
A
A
Sazlamalar

Azərbaycan dəmir yolları ilə sərnişindaşımada 52 faiz artım olub

Bakı, 6 iyul, AZƏRTAC

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 3 milyon 230 min 728 nəfər sərnişin daşınıb.
“Azərbaycan Dəmir Yolları”ndan (ADY) AZƏRTAC-a bildirilib ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz artım deməkdir.
Belə ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə 6 ay ərzində 3 milyon 75 min 520 nəfər sərnişin daşınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 47 faiz çoxdur.
Bölgələr üzrə sərnişin daşımada bu ilin əvvəlindən Bakı-Gəncə (Ağstafa)-Bakı marşrutu üzrə 125 min 772 nəfər sərnişin səyahət edib. Bu il martın 18-dən etibarən ilk dəfə fəaliyyətə başlayan Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 9 min 704 nəfər sərnişin daşınıb.

Nəqliyyat 2023-07-06 11:31:00