×
A
A
A
Sazlamalar

Hacıqabul rayonunda zəlzələ olub

Bakı, 6 iyul, AZƏRTAC

Hacıqabul rayonunda 3,2 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 04:24-də Şirvan stansiyasından 16 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Ocağı 17 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Ekologiya 2023-07-06 05:10:00