×
A
A
A
Sazlamalar

Azərbaycanın bəzi rayonlarında yağış yağacağı, dolu düşəcəyi gözlənilir

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4-ü günün ikinci yarısından 5-i gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bəzi yerlərdə yağışın qısamüddətli leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Ekologiya 2023-07-04 17:08:00