×
A
A
A
Sazlamalar

Piyada keçidində aparılan təmir-bərpa işləri davam edir VİDEO

Bakı, 4 iyul, AZƏRTAC

Piyada keçidində aparılan təmir-bərpa işləri davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Binəqədi rayonu ərazisində Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci kilometrində yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri davam edir.
Layihəyə uyğun olaraq gecə saatlarında keçidin deformasiyaya uğramış aşırım hissəsinin sökülməsi işləri aparılıb.

 

Nəqliyyat 2023-07-04 12:48:00

Video