×
A
A
A
Sazlamalar

Qurban Yetirmişli: Bakıda və Abşeron yarımadasında zəlzələ ocaqları çox dərində yerləşir

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan aktiv zəlzələ bölgəsində - Alp-Himalay seysmik qurşağında yerləşir. Ona görə də burada mütəmadi olaraq təkanlar olur. Gecə baş verən zəlzələnin heç bir qorxusu yoxdur, çünki ocağı çox dərində yerləşir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, Bakıda və Abşeron yarımadasında zəlzələ ocaqları Xəzərdə yerləşdiyindən çox dərində olur. Ocağı 65 kilometr dərinlikdə yerləşən zəlzələ yer üzərində, yaşayış məntəqələrində elə bir fəsadlar törədə bilməz.

 

Ekologiya 2023-07-04 11:46:00