×
A
A
A
Sazlamalar

Qurban Yetirmişli: Zəlzələ 10 saniyə davam edib

Bakı, 4 iyul, AZƏRTAC

Gecə 00:01-də baş verən zəlzələnin maqnitudası 5.5 olmasına baxmayaraq, dərində olduğuna görə şimal zonalarında və Bakı və Abşeron yarımadasının müəyyən yerlərində hiss olunub. 10 saniyə davam edib və heç bir fəsad və dağıntı olmayıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.
"Zəlzələdən sonra afterşoklar qeydə alınır ki, onların da əsas zəlzələdən güclü olması mümkün deyil. Çünki əsas güc əsas enerji ilk təkanda ayrılır. Odur ki, əhalini sosial şəbəkələrdə yayılan məlumatlara inanmamağa, rəsmi qurumların məlumatlarına istinad etməyə səsləyirik", - deyə Q.Yetirmişli bildirib.

 

 

Ekologiya 2023-07-04 11:24:00